"Ermənistan və KTMT münasibətlərində heç nə dəyişməyəcək"- Simonyan

12:24 - 25 Mart 2025

Ermənistan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) münasibətlərində dəyişikliklər gözlənilmir.

 

Manset.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

"KTMT məsələsində nəyinsə dəyişəcəyini düşünmürəm. Münasibətlərdə nəyi yenidən nəzərdən keçirmək lazımdır? KTMT, ilk növbədə, özü mövcud olub-olmadığını anlamalıdır", - o, jurnalistlərə deyib.

A.Simonyan həmçinin qeyd edib ki, Ermənistan və Rusiya münasibətlərində heç nə dəyişməyib: "Bizim istiqaməti dəyişdiyimiz barədə qiymətləndirmələr həqiqətə uyğun deyil".


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin