Maşın işıq dirəyinə çırpıldı - Sürücü yaralandı

11:51 - 25 Mart 2025

Maşın işıq dirəyinə çırpıldı - Sürücü yaralandı

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir yolunun rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəmkir sakini 1985-ci il təvəllüdlü A.Miriyev idarəetdiyi avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə, minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamaı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

26 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin