Bu ölkədə güclü zəlzələ oldu

09:33 - 25 Mart 2025

Bu ölkədə güclü zəlzələ oldu

Sakit Okeanda, Yeni Zelandiyanın Cənub adasındakı Dunedin şəhərindən 348 km qərbdə 6,6 maqnitudalı zəlzələ baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Məlumata əsasən, çərşənbə axşamı Bakı vaxtı ilə saat 05:43-də qeydə alınan zəlzələnin episentri Cənub adasının sahillərindən təxminən 73 km aralıda olub.

Episentrdə intensivliyə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.

ABŞ-nin Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,8 bal qiymətləndirib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin