İstanbul bu dəqiqələrdə...

00:43 - 25 Mart 2025

İstanbul bu dəqiqələrdə...

Türkiyədə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra başlayan etiraz aksiyaları davam edir.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda etirazların mərkəzi hesab olunan Saraçhanedə minlərlə insan toplaşıb.

Aksiyaçılar qarşısında çıxış edən CHP sədri Özgür Özel sabah Ə.İmamoğlunu ziyarətə gedəcəyini və onların salamını çatdıracağını bildirib. 

Ö.Özel eyni zamanda İmamoğlunun azadlıqda mühakimə edilməsini, istintaq prosesinin isə canlı yayımda həyata keçirilməsini, bütün prosesin ictimaiyyətin gözü qarşısında baş verməsini təklif edib. 

Onu da bildirək ki, bir neçə saat əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında icazəsiz aksiyalar zamanı yaralanan polislərə, ictimai əmlaka vurulan zərərə görə ana müxalifətin və tərəfdarlarının məsuliyyət daşıdığını qeyd edib. Türkiyə lideri, həmçinin müxalifəti təxribatlarla vətəndaşların rahatlığını pozmaqlarına son qoymağa çağırıb.

Xatırladaq ki, Türkiyədə 19-23 mart tarixlərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə etiraz məqsədilə keçirilən aksiyalarda 1133 nəfər saxlanılıb. Aksiyalarda 123 polis yaralanıb.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin