"Elə gün olub səhər Həcc ziyarətinə gedib, axşam qayıtmışam" - Hacı Qalib Salahzadə

15:28 - 28 İyun 2021

“Pandemiyaya görə Həcc ziyarətinə nə vaxt icazə veriləcəyi bilinmir.Amma ürəyim yenidən Allah evini görmək istəyir”.

Bu sözləri Manset.az-a açıqlamasında sabiq millət vəkili Hacı Qalib Salahzadə bildirib:

 “Əgər icazə olsa növbəti dəfə Həcc ziyarətinə gedəcəm. Olmasa Ümrə ziyarətinə gedəcəm. Mən 1990-cı ildən etibarən hər il həm Həcc, həm Ümrə ziyarətində oluram.Özüm sayını hesabını itirmişəm.Vaxt olub ki, bir günə gedib, ziyarət edib, qayıtmışam. Ürəyim istəyib ki, Kəbəni görüm, səhər gedib axşam qayıdıb gəlmişəm.Hər il Allah evinə ayağım dəyib.İki dəfə Kəbə evinin içərisində olmuşam.Açıblar qapıları Kəbə evinin içərisində dua etmişəm”.

Əli Vəliyev
 


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin