Netanyahu İrana hücumun təfərrüatlarını açıqladı
19 Noyabr 2024
12:37 - 28 Noyabr 2021
Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 261 milyon 87 min 872-ə yüksəlib.
Manset.az xəbər verir ki, bu barədə Amerikanın Cons Hopkins Universiteti məlumat yayıb.
Koronavirusun yayılmağa başlamasından indiyədək dünyada 5 milyon 195 min 232 nəfər təhlükəli infeksiyadan dünyasını dəyişib.
Qeyd edək ki, koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda COVID-19-a 48 milyon 202 min 463 yoluxma aşkar edilib, 776 536 xəstə ölüb. Hindistanda COVID-19-a yoluxanların sayı 34 milyon 572 min 523 nəfərə çatıb, 468 554 nəfər ölüb. Braziliyada pandemiya zamanı 22 milyon 76 min 863 yoluxma və 614 186 ölüm qeydə alınıb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin