“Quska” yenə hakim qarşısına çıxacaq

21:35 - 24 Mart 2025

“Quska” yenə hakim qarşısına çıxacaq

Altı illik həbsdən sonra yeni ittihamla 9 il daha eyni növ cəzaya məhkum edilən keçmiş deputat Hüseyn Abdullayev apellyasiya şikayəti verib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Quska” kimi tanınan Abdullayev özünü heç bir epizod üzrə təqsirli bilmir, bəraət istəyir.

Bakı Apellyasiya Məhkəməsi şikayəti bayram günlərindən sonra araşdıracaq.

Xatırladaq ki, “Quska” 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış sonradan müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin