"Müharibəyə hazırıq" - İranın xarici işlər naziri

21:15 - 24 Mart 2025

İran ABŞ ilə birbaşa danışıqların şərtini açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Vaşinqton Tehrana qarşı siyasətini yenidən tənzimləməsə, İran ABŞ ilə birbaşa danışıqlara getməyəcək.

Nazir indiki vəziyyətdə ABŞ ilə birbaşa danışıqları rədd edib: “”Maksimum təzyiq kampaniyası” adlanan və İrana qarşı təkrarlanan təhdidlər Vaşinqtonla danışıqlara getməyi qeyri-mümkün edir. Bu, bizim qəti və aydın siyasətimizdir. ABŞ-nin İrana münasibətində əsaslı dəyişiklik olana qədər birbaşa danışıqlar aparılmayacaq".

“Bizim məqsədimiz milli maraqları və təhlükəsizliyi təmin etməkdir. Güzəştə getməyəcəyik”, - o, əlavə edib.

Nazir, həmçinin ölkəsinin istənilən ssenariyə hazır olduğunu diqqətə çatdırıb: “Əminəm ki, kimsə İrana hücum etmək ağlına belə gəlməyəcək. Çünki onlar bunun nəticələrini bilirlər. Heç bir müharibə olmayacaq. Çünki biz buna hazırıq”.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin