Sürücülərin nəzərinə!
25 Mart 2025
20:25 - 24 Mart 2025
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya ABŞ Prezidenti Donald Trampın komandasındakı bəzi insanlara məlumatlar vasitəsilə təsir etməyi bacarıb.
Manset.az xəbər verir ki, Ukrayna Prezidenti bunu “The Time” qəzetinə müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, məlumatlarda bildirilir ki, guya ukraynalılar müharibəni bitirmək istəmirlər və Kiyevi müharibəni sonlandırmağa məcbur etmək üçün nəsə etmək lazımdır.
"Düşünürəm ki, Rusiya Ağ Ev komandasındakı bəzi insanlara məlumat vasitəsilə təsir etməyi bacarıb. Amerikalılara verdikləri mesaj, ukraynalıların müharibəni bitirmək istəmədikləri və s. ilə bağlıdır", - V.Zelenski bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin