Sürücülərin nəzərinə!
25 Mart 2025
20:00 - 24 Mart 2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.
Manset.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə lideri çıxışında hazırda ölkədə qeydə alınan etiraz aksiyalarından da danışıb.
“Vandalların hücumları zamanı yaralanan polislərimizə, obyektlərinin şüşələri qırılan sahibkarlara, zərər vurulan ictimai əmlaka görə bütün məsuliyyəti ana müxalifət lideri və onun tərəfdarları daşıyır. CHP-nin demokratiya anlayışının açıq səsvermə, gizli hesablama komediyasından kənara çıxa bilmədiyi bir daha sübut olunub. Təxribatlarla vətəndaşlarımızın rahatlığını pozmağa son qoyun. Cəsarətiniz varsa, korrupsiyanın, oğurluğun, alınan rüşvətlərin hesabını verin”, - deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, Türkiyədə 19-23 mart tarixlərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə etiraz məqsədilə keçirilən aksiyalarda 1133 nəfər saxlanılıb. Aksiyalarda 123 polis yaralanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin