Sürücülərin nəzərinə!
25 Mart 2025
18:52 - 24 Mart 2025
Martın 24-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.
Bakıda və bölgələrdə hava necədir?
Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Xaçmaz və Şabranda yağış yağır.
Şamaxı, Qobustan, Altıağac, Qusar, Quba, Xaltan, Xınalıq, Qax, Şahdağ, Lerik və Şəkidə arabir qar yağması müşahidə olunur.
Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında, o cümlədən Şahdağda 20 m/s, Kəlbəcərdə isə 15 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü
Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 15 dərəcəyədək isti, dağlıq rayonlarda isə 7 dərəcəyədək şaxta qeydə alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin