Azərbaycan millisinin heyəti açıqlandı

17:44 - 24 Mart 2025

Azərbaycan millisinin heyəti açıqlandı

Avropa çempionatının əsas mərhələsinin oyunlarına hazırlıq məqsədi ilə martın 16-dan təlim-məşq toplanışına yığışan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Bakıda son məşqini keçirib.


Manset.az xəbər verir ki, baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə 18 futzalçı dəvət etsə də, səfərə 2-si qapıçı olmaqla ümumilikdə 12 nəfərlə yollanacaq. 

Qapıçılar: Hüseyn Abdulov, Əli Həsənzadə

Oyunçular: Rəvan Məşiyev, Oqtay Mahmudzadə, Ədalət Ələkbərov, Hüseyn Cəfərzadə, Pünhan Qasımzadə, Nazim Hüseynov, Bəyoğlan Vəlizadə, Fariz Hüseynov, Rəvan Quliyev, Elgün Sadıqlı

Qeyd edək ki, U-19 martın 26-da Bosniya və Herseqovina, ertəsi gün Xorvatiya, martın 29-da isə Türkiyə yığması ilə qarşılaşacaq. Qrup oyunlarını birinci pillədə başa vuracaq komanda final mərhələsinə vəsiqə qazanacaq


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin