Sürücülərin nəzərinə!
25 Mart 2025
17:35 - 24 Mart 2025
“Neçə müddətdir ki, çölə çıxa bilmirəm. Evin içində tuta-tuta gəzirəm. Artıq buna öyrəşmişəm, heç bilmirəm vaxt necə gəlib gedir, darıxmıram”.
Manset.az Musavat.az-a istinadən yazır ki, bunu açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib.
O.Sənani hazırda müalicəsini davam etdirdiyini bildirib:
“Ayaqlarım çox pis ağrıyır. Əsadan istifadə edirəm. Evdən çölə çıxmıram. Övladlarım, nəvələrim gəlib mənə baş çəkirlər, məni tək qoymurlar. Bu bayramda da yanımda oldular. Nə etmək olar, yaş öz sözünü deyir, xəstəlikləri gətirir. Buna da şükür edirəm. Bir müddət öncə heç danışa bilmirdim. Bilirsiniz ki, infarkt keçirmişdim. İndi xeyli yaxşılaşmışam”.
Xatırladaq ki, 84 yaşlı xalq artisti ötən il infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. O həm də ağciyərində yaranan problemdən əziyyət çəkir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin