2 uşaq anasının meyiti tapıldı - Əri tutuldu

17:20 - 24 Mart 2025

2 uşaq anasının meyiti tapıldı - Əri tutuldu

Naxçıvanda qətl hadisəsi baş verib.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, Sədərək rayon sakini, 25 yaşlı Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırma zamanı qadının əri, 33 yaşlı Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

A.İbrahimli şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Sədərək rayon prokurorluğunda cinayət işi başlanıb.

Onların iki övladının olduğu bildirilir.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin