Sürücülərin nəzərinə!
25 Mart 2025
16:30 - 24 Mart 2025
Türkiyədə 19-23 mart tarixlərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə etiraz məqsədilə keçirilən aksiyalarda 1133 nəfər saxlanılıb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, saxlanılanlar arasında 12 müxtəlif terror təşkilatına bağlı şəxslər müəyyən edilib.
“Buradan açıq şəkildə xəbərdarlıq edirik: heç kim gənclərimizdən və xalqımızdan öz siyasi əməlləri üçün sipər kimi istifadə etməyə çalışmasın. Bunun günahını təkcə siyasi deyil, həm də hüquqi olaraq heç kim ödəyə bilməz”,- Yerlikaya əlavə edib.
Nazir, həmçinin bildirib ki, aksiyalarda 123 polis yaralanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin