Ukrayna nümayəndə heyəti Ər-Riyadda qalır

16:50 - 24 Mart 2025

Ukrayna nümayəndə heyəti Ər-Riyadda qalır

Ukrayna nümayəndə heyəti ABŞ və Rusiya nümayəndələrinin görüşündən sonra əlavə məsləhətləşmələr aparmaq üçün Səudiyyə Ərəbistanında qalır.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin müşaviri Sergey Leşşenko bildirib.

O əlavə edib ki, ötən gün Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü iki mövzunu əhatə edib.

"Bu, infrastruktur və gəmiçiliyin təhlükəsizliyidir. Söhbət qarşılıqlı atəşkəsdən gedirdi. Biz onların (rusların -red.) dənizdəki obyektlərinə hücum etmirik. Onlar bizim obyektlərimizə və limanlarımıza - Xerson, Nikolayev və böyük Odessa limanlarına hücum etmirlər ki, onlar fəaliyyət göstərə bilsinlər", - S.Leşşenko bildirib.

O vurğulayıb ki, danışıqlar kifayət qədər uzun çəkə bilər, lakin görüşlərin müntəzəm olacağı vəd edilir:

"Bu, texniki danışıqlardır. Adətən, danışıqlar bir gün deyil, bəzən aylar çəkir, bəzi danışıqlar isə, məsələn, Yaxın Şərq nizamlanması, illərlə davam edir. Sadəcə, başa düşməliyik ki, görüşlər kifayət qədər müntəzəm olacaq və hər görüş ictimai bəyanatlarla başa çatmır".

Qeyd edək ki, bu gün Ər-Riyadda Rusiya-ABŞ danışıqları keçirilir.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin