Girov saxlanılan gəmiçilərimiz Vətənə gətirildi

15:20 - 24 Mart 2025

Girov saxlanılan gəmiçilərimiz Vətənə gətirildi

Eritreyada girov saxlanılan Azərbaycan vətəndaşları ölkəmizə geri gətirilib.

 

Manset.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN məlumat yayıb.

“Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində tərəfimizdən aparılmış uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, ölkəmizə geri gətirilib.

Gəmi heyəti Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı Səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib. 

Bu prosesdə yaxından dəstək göstərən Türkiyənin Eritreya Dövlətindəki Səfirliyinə dərin minnətdarlığımızı bildiririk” - məlumatda deyilir.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin