Sürücülərin nəzərinə!
25 Mart 2025
13:23 - 24 Mart 2025
"Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar".
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
“Hər bir ailə başçısı ailədə neçə nəfər varsa, onun sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan 3 kq hesablanır. Ancaq fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur. Nəticədə kasıb ailələr də həmin pulu öz ehtiyaclarına ödəyər. İnsanlar minimum ərzağın hesablanmasındansa, orta səviyyəni hesablasalar, daha yaxşı olar”,- o qeyd edib.
F. Nurullayev deyib ki, fitrə zəkatını çıxarmaq vacibdir: “Oruc tutmayanlar da çıxarmalıdır. Amma maddi imkanı olmayan insanlar çıxarmır. Fitrə zəkatını bayram namazına qədər versələr, yaxşıdır. Bayram axşamından səhəri gün bayram namazına qədər fitrə zəkatı verilməlidir. Ancaq çatdıra bilməsələr, bayram namazından sonra da verə bilərlər”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin