Sürücülərin nəzərinə!
25 Mart 2025
11:28 - 24 Mart 2025
İspaniya millisinin üzvü Lamin Yamal UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc futbolçu olub.
Manset.az xəbər verir ki, futbolçu bunu ötən gün Millətlər Liqasının 1/4 finalında Niderlanda qarşı cavab matçında reallaşdırıb.
Penaltilər seriyasına qədər uzanan matçın 103-cü dəqiqəsində fərqlənən futbolçu tarixə düşüb. Qarşılaşma zamanı L.Yamal, 17 yaş 258 günlük olub.
Qeyd edək ki, bundan əvvəlki rekord İspaniya yığmasının digər futbolçusu Qaviyə məxsus idi - 17 il 304 gün. O, 2022-ci ildə Çexiyaya qarşı matçda fərqlənməklə UEFA Millət Liqası tarixində qol vurmuş ən gənc futbolçu olmuşdu.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin