Sürücülərin nəzərinə!
25 Mart 2025
10:59 - 24 Mart 2025
Martın 24-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir.
Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8, Lerikdə 4, Oğuz və Qəbələdə 3, Şəkidə 2, Şabran, Xaçmaz, Şahbuz, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Biləsuvar və Yardımlıda 1 mm-dir.
Dağlıq ərazilərə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 24, Qusarda (Laza) 14, Qubada 12, Qaxda (Sarıbaş) 10, Şahdağda 8, Altıağac və Qobustanda 4, Xınalıqda 2, Xaltanda 1 sm-dir.
Martın 23-də saat 21:30-21:37 radələrində Ağsu rayonuna diametri 6 mm olan dolu düşüb.
Şamaxı, Qobustan, Şəki, Quba, Qusar, Qrız, Yevlax, Beyləqan, Lerik və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin