Putin Britaniya hərbçilərinə qarşı bu addımı atacaq - KİV

08:30 - 24 Mart 2025

Putin Britaniya hərbçilərinə qarşı bu addımı atacaq - KİV

Rusiya lideri Vladimir Putin Ukraynaya göndərilən Britaniya əsgərlərinə qarşı Avropa İnsan Haqları Məhkəməsini (AİHM) hüquqi təzyiq vasitəsi kimi istifadə edə bilər.

 

Manset.az xəbər verir ki, bu barədə "The Telegraph" yazır. Məlumata görə, Britaniyanın baş naziri Keir Starmer və müdafiə naziri Con Healey bu barədə Ceyms Kartlic tərəfindən xəbərdar edilib.

Kartlic Britaniya hökumətinə məktubunda əsgərlərin İraq, Əfqanıstan və Şimali İrlandiyada olduğu kimi insan haqlarının pozulması ilə bağlı ittihamlarla üzləşə biləcəyini vurğulayıb. O, Ukraynaya göndərilən hərbçilərin qorunması üçün Avropa İnsan Haqları Konvensiyasından müəyyən istisnalar tətbiq etməyə çağırıb.


Xəbər xətti

26 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin