Sabah Bakıda bu küçə bağlanacaq
26 Mart 2025
22:20 - 23 Mart 2025
Bakının Sabunçu rayonunda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin birgə əməliyyat nəticəsində yarımkilodan çox narkotik aşkarlanaraq müsadirə edilib.
Manset.az xəbər verir ki, bu barədə sözügedən dövlət qurumlarının birgə məlumatında bildirilib.
Qeyd olunub ki, əməliyyat-axtarış tədbiri nəticəsində Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, 210 ünvanında Dilavər Məhərrəm oğlu Ağayevə məxsus 528.025 qram heroin, 31.48 qram qurudulmuş marixuana və 317.322 qram metamfetamin tapılaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin