Sabah Bakıda bu küçə bağlanacaq
26 Mart 2025
22:04 - 23 Mart 2025
İran xarici işlər naziri Abbas Araqçi sabah Ermənistana səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İran XİN başçısının səfəri erməni həmkarının dəvəti əsasında baş tutacaq: “Nazir İran İslam Respublikasının qonşuları ilə ikitərəfli əlaqələr və regional hadisələrlə bağlı davamlı məsləhətləşmələri çərçivəsində bazar ertəsi İrəvana səfər edəcək”.
İran xarici işlər naziri səfər çərçivəsində Ermənistanın Baş naziri və digər rəsmi şəxslərlə görüşəcək.
“Görüşlərdə ikitərəfli əlaqələr və Cənubi Qafqaz regionunda baş verən proseslər müzakirə ediləcək”, - İran XİN rəsmisi qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin