Sabah Bakıda bu küçə bağlanacaq
26 Mart 2025
21:13 - 23 Mart 2025
Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının (husilər) tərəfdarları Təl-Əvivdəki Ben-Qurion aeroportuna hipersəs ballistik raket vasitəsilə zərbə endiriblər.
Manset.az xəbər verir ki, üsyançılar tərəfindən formalaşdırılmış silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria belə bir bəyanatla çıxış edib.
“Silahlı qüvvələrin raket qoşunları işğal olunmuş Yaffa bölgəsindəki (Təl-Əviv nəzərdə tutulur – red.) Ben-Qurion aeroportuna “Fələstin-2” tipli hipersəs ballistik raketi ilə zərbə endirib”, – Saria bildirib.
Xatırladaq ki, martın 22-də “Ənsar Allah” hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına, həmçinin “USS Harry Truman” aviadaşıyıcısının başçılıq etdiyi Amerika aviadaşıyıcı qrupuna zərbələr endirdiklərini bildirmişdilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin