Təyyarə qəzaya uğradı - 5 nəfər öldü

16:08 - 23 Mart 2025

Təyyarə qəzaya uğradı - 5 nəfər öldü

Somalinin paytaxtı Moqadişonun cənub-qərbində təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfərin öldüyü bildirilir.

 

Manset.az xəbər verir ki, bu barədə Somali  Mülki Aviasiya təşkilatı məlumat yayıb. 

Verilən yazılı açıqlamaya görə, dünən Somalinin cənubundakı Dhobley hava limanından Moqadişudakı Aden Abdulle Beynəlxalq Hava Limanına hərəkət edən DHC-5D Buffalo model təyyarəsi Moqadişunun təxminən 24 kilometr cənub-qərbində qəzaya uğrayıb.

Yerli vaxtla saat 17:40 radələrində baş verən qəzada beş Keniyalı ekipaj üzvü həyatını itirib.

Somali hökuməti verdiyi açıqlamada qəzanın səbəblərinin müəyyən edilməsi üçün ilkin araşdırmaya başlanıldığını və hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin