Daha 3 vəzifəli şəxs həbs olundu - İmamoğlu işi

14:45 - 23 Mart 2025

Daha 3 vəzifəli şəxs həbs olundu - İmamoğlu işi

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya və terrorçulara dəstək şübhəsi ilə başladılan istintaq çərçivəsində məhkəmə daha üç vəzifəli şəxsin həbsi barədə qərar verib.

 

Manset.az xəbər verir ki, onlar Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan, İslahatlar İnstitutunun direktoru Mehmet Əli Çalışkan və İstanbul Böyükşəhər Bələdəiyyəsinin baş katibinin müavini Mahir Polatdır.

Adı çəkilən şəxslər silahlı terror təşkilatına yardımda ittiham edilirlər.

Qeyd edək ki, daha əvvəl Ə.İmamoğlu həbs olunub. Onunla yanaşı, daha 18 nəfər - Əli İlbak, Adəm Tuncay, Əhməd Köksal, Əli Nuhoğlu, Əyyub Subaşı, Kamil Timur Dəlibaş, Murat Abbas, Mete Sarıaltun, Alpər Aydın, Serdal Taşkın, Sərkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Əhməd Çiçək, Yusuf İlbak, Sərvət Yıldırım, Serdar Haydanlı və Buğra Gökçə haqqında həbs qərarı çıxarılıb.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin