Cinayətə görə tutulan yeniyetmələr - Ən çox bu rayonlardadır

13:46 - 23 Mart 2025

Cinayətə görə tutulan yeniyetmələr - Ən çox bu rayonlardadır

 

Ölkəmizdə 14-17 yaşda olan uşaqların törətdiyi cinayətləri araşdırılıb.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, statistikalara görə 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilmiş cinayətlərin ümumi sayı 364-dür. Onlardan 46-ı ağır və xüsusilə ağır cinayətlər hesab edilir. 

Yeniyetmələr arasında törədilən cinayətlərin əksəriyyəti oğurluqdur.

Belə ki, törədilən cinayətlərin 164-ü bu səbəbdən baş verib. Cinayətlərin 15-i qəsdən sağlamlığa zərər vurma, 8- i isə qəsdən adam öldürmə və adam öldürməyə cəhd kimi qiymətləndirilib.

Bu son 5 ildə yeniyetmələr tərəfindən törədilən cinayətlərarasında maksimum göstəricidir.

Belə ki, 2019 və 2020-ci illərdə bu göstərici 323, 2021-ci ildə 251, 2022-ci ildə isə 311 olub. 

Onu da qeyd edək ki, cinayət törətmiş 14-17 yaşda olan uşaqların sayı həmin il 494 olub ki, bu da son 5 ildə rekord göstəricidir.

Cinayət törədənlərin 479-u oğlan, 15-i isə qız olub. Onlardan 387-i 16-17 yaşda, 107-i isə 14-15 yaş aralığında olub.  Onların 202-i hər hansı bir yerdə işləməyən və oxumayan uşaqlardır.

Cinayət törədənlərin 279-nun hər iki valideyni, 29-nun bir valideyni olub, 2-i isə internat məktəbində böyüyüb.

Törədilən cinayətlərdə 6 yeniyetmə sərxoş vəziyyətdə iştirak edib. Onu da qeyd edək ki, cinayətlərin 54-ü böyüklərin iştirakı ilə baş verib. Cinayət törədən 14-17 yaşlı uşaqların 310 məhkum olunub. 

Cinayət törədən yeniyetmələrin əksəriyyəti Bakıda yaşayır.

Belə ki, paytaxtda həmin il 14-17 yaşlı uşaqlar tərəfindən törədilən cinayətlərin ümumi sayı 89 olub. Abşeronda bu göstərici 19, Tovuzda 18,  Qaxda 12-i, Ağdaşda 10,Bərdədə 9-dur. Yeniyetmələrin cinayət törətdikləri rayonlar içində Şirvan, Biləsuvar, Sumqayıt, Xaçmaz, İsmayıllı, Mingəçevir də liderlik edir. İşğaldan azad edilən Qarabağ bölgəsinin üç rayonunda 14-17 yaşlı uşaqlar tərəfində törədilən cinayət hadisəsi baş verib. Bura Füzuli ( 2 nəfər), Xocalı və Cəbrayıl ( hər ikisində 1 nəfər) aiddir. Naxçıvanda isə 14-17 yaşlı uşaqlar arasında ümumilikdə 10 cinayət hadisəsi törədilib.

14-17 yaş arası gənclərin törətdiyi cinayətlərin artımı cəmiyyətimiz üçün ciddi bir xəbərdarlıqdır. Bu, təkcə ailələr üçün deyil, həm də təhsil sistemi və sosial qurumlar üçün böyük bir məsuliyyətdir. Çünki yeniyetmələr tərəfindən törədilən cinayətlər fərdi faciələr yaratmır, həm də cəmiyyətin bütövlüyü üçün ciddi təhlükə yaradır.

 


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin