Girov saxlanılan gəmiçilərimiz Vətənə gətirildi
24 Mart 2025
09:39 - 23 Mart 2025
Zaqatalada fərdi yaşayış evi yanıb, ev sahibəsinin qızı yanaraq ölüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında rayonun Muxax kəndində, kənd sakini Gözəl Xalıq qızı Ömərova məxsus, ümumi sahəsi 150 kv/m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində evin dam örtüyünün 100 kv/m -lik sahəsinin və bir otağının 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Yanğın kəşfiyyatı zamanı ev sahibəsinin qızı 1972-ci il təvəllüdlü Arzu İbrahim qızı Ömərovanın yanmış meyiti aşkar edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
09:15
Zaqatalada ev yanıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Muxax kəndində qeydə alınıb.
Nəticədə orada yaşayan, 1972-ci il təvəllüdlü Ömərova Arzu İbrahim qızı yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin