İş adamı oğlunun toyuna görə dünya ulduzlarını Bakıya gətirdi - VİDEO

09:02 - 28 Noyabr 2021

İş adamı oğlunun toyuna görə dünya ulduzlarını Bakıya gətirdi - VİDEO

Rusiya və Türkiyənin məşhur simaları Azərbaycana gəlib.

Manset.az olay.az-a istinadla xəbər verir ki, populyar estrada ulduzları Bakıda keçirilən dəbdəbəli toy mərasimində yer alıblar. Həmin gecədə Rafet El Roman, Mustafa Ceceli, Polina Qaqarina, JONY (Cahid Hüseynli), ELMAN (Elman Zeynalov) çıxış edib.

Cavid Gülün aparıcısı olduğu tədbirdə Azərbaycandan olan sənətçilər də yer alıb. Belə ki, Xalq artistləri Miri Yusif, Röya Ayxan, Əməkdar artist Xəyyam Nisanov gecədə çıxış edən müğənnilərdəndir.

Məşhur simalar "Sədərək" ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəylinin oğlu Orxanın toyunda səhnəyə çıxıblar.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin