Konqoda üsyançılar Valikale şəhərini ələ keçirdilər

22:00 - 22 Mart 2025

Konqoda üsyançılar Valikale şəhərini ələ keçirdilər

Konqo Demokratik Respublikasında (KDR) "23 Mart Hərəkatı" (M23) üsyançı qruplaşmasının dəstələri ölkənin şərqində Nyabiondo şəhərini ələ keçiriblər.

 

Manset.az xəbər verir ki, bu barədə “Kivu news 24” xəbər portalı məlumat yayıb.

Bundan əvvəl Konqonun şərqində Masisi rayonunda yerləşən Nyabiondo üsyançılara mədən sənayesinin inkişaf etdiyi Valikale rayonuna yol açıb.

Üsyançılar həmçinin yerli sakinlər və icma liderlərini köçürmə zamanı mülki əhalinin təhlükəsizliyini təmin etməyə çağırıblar. Bununla belə, M23 qüvvələrinin şəhəri tərk edib-etməyəcəyi və ya yeni mövqelər tutacağı dəqiqləşdirilməyib.


Xəbər xətti

23 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin