Martın 24-ü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
23 Mart 2025
20:40 - 22 Mart 2025
Cənubi Koreyanın Daxili İşlər və Təhlükəsizlik Nazirliyi insan tələfatına səbəb olan kütləvi meşə yanğınlarına görə ölkənin üç regionunda fəlakət vəziyyəti elan edib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirlyin məlumatında deyilir.
"Bu, yanğınla mübarizə üçün bütün mümkün resursları səfərbər etməyə imkan verəcək", - nazirlik bildirib.
Cənubi Koreya mətbuatının məlumatına görə, yanğınlar nəticəsində 4 xilasedici həlak olub, daha 6 nəfər yaralanıb.
"Yonhap" agentliyi 500 nəfərin təxliyə edildiyini, 260 nəfərin evsiz qaldığını və müvəqqəti sığınacaqlara yerləşdirildiyini açıqlayıb.
Qeyd olunur ki, yanğın olan ərazilərdə dəmir yolunun fəaliyyəti müvəqqəti dayandırılıb, magistral yollar bağlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin