Türkiyədə 2 dəfə zəlzələ oldu

01:51 - 28 Noyabr 2021

Türkiyədə 2 dəfə zəlzələ oldu

Türkiyənin Van əyalətində iki dəfə zəlzələ baş verib.

Manset.az-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Tuşba rayonunda yerli vaxtla saat 22:20-də 3,7 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 15,7 km dərinlikdə yerləşib.

Bundan bir qədər sonra, Tuşbada saat 22:31-də 2,5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Təbii hadisənin fəsadları barədə məlumat yoxdur.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin