Roma Papası ictimaiyyət qarşısına çıxacaq

17:50 - 22 Mart 2025

Roma Papası ictimaiyyət qarşısına çıxacaq

Roma Papası Fransisk beş həftədən sonra ilk dəfə martın 23-də ikiqat pnevmoniyadan müalicə aldığı Romadakı “Gemelli” xəstəxanasındakı otağının pəncərəsindən xeyir-dua vermək üçün ictimaiyyət qarşısına çıxmağı planlaşdırır.

 

Manset.az Reuters-ə istinadən xəbər verir ki, Vatikanın bəyanatında Fransiskin sabah günorta saatlarında xəstəxananın pəncərəsinə çıxıb dindarları salamlayacağı, onlara xeyir-dua verəcəyi deyilir.

Vatikan Papanın bu bazar günü dualar oxumayacağına aydınlıq gətirib.

Qeyd edək ki, 88 yaşlı Fransisk fevralın 14-də intensiv müalicə tələb edən ağır respirator infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanada olduğu müddətdə onu yalnız bir dəfə görüblər: keçən həftə Vatikan tərəfindən yayılan fotoşəkildə pontifik xəstəxana kapellasında dua edərkən nümayiş etdirilib.

Fransisk həftəlik günorta dualarını, adətən, bazar günləri Müqəddəs Petro meydanında edir, lakin fevralın 9-dan bəri bu mərasimlər baş tutmur.


Xəbər xətti

23 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin