Dönərdən zəhərlənənlər evə buraxıldı - YENİLƏNİB

19:44 - 22 Mart 2025

Dönərdən zəhərlənənlər evə buraxıldı - YENİLƏNİB

Naxçıvanda dönərdən zəhərlənən 6 nəfər evə buraxılıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin növbətçi həkimi Nəzmin Allahverdiyeva deyib.

O qeyd edib ki, Mərkəzə Naxçıvan şəhərində fəaliyyət göstərən kafelərdən birində dönərdən zəhərlənən bir neçə nəfər daxil olub. Onlardan üçü azyaşlı olmaqla 6 nəfər ürək bulanmadan, qusmadan şikayət edib.

Xəstələr tibbi yardımlardan sonra evə buraxılıb.

 

***

16:57

 

Naxçıvanda 6 nəfər dönərdən zəhərlənib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi bildirilib.

Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub. Faktla bağlı Agentlik tərəfindən araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.


Xəbər xətti

23 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin