Bu yollarda diqqətli olun - Sürücülərin nəzərinə
23 Mart 2025
16:30 - 22 Mart 2025
Güney Azərbaycanın Urmiya şəhərində etiraz aksiyaları geniş vüsət alıb.
Manset.az xəbər verir ki, şəhərin türkdilli əhalisi – Azərbaycan türkləri Urmiyanın tarixi və mədəni kimliyinə qarşı yönəlmiş hər hansı dəyişikliyi qəbul etmədiklərini və bu məsələdə İran hökumətinin siyasətinə açıq şəkildə etirazlarını bildiriblər.
Onlar türk düşmənlərinə, Qərbin və İran rejiminin dəstəklədiyi terror təşkilatlarına və havadarlarına küçələrə çıxmqala etiraz ediblər.
Aksiya iştirakçıları "Azərbaycan var olsun, istəməyən kor olsun!", “Urmu Kürdüstan olmaz, bu torpaqdan pay olmaz!” şüarları səsləndiriblər.
Qeyd edək ki, İran hökuməti Urmiyada əhalinin əksəriyyətini təşkil edən Azərbaycan türklərinə Novruz bayramı ilə bağlı tədbirlər keçirməyə icazə vermədiyi halda, kürdlərə belə qadağa tətbiq etməyib. Kürdlər də öz tədbirlərində Azərbaycan ərazilərinə iddalarını səsləndirib, Urmiyanın "kürdistan" olduğunu bildirərək öz bayraqlarını qaldırıblar.
Nəticədə Urmiyanın türkdilli əhalisi ayağa qalxmağa məcbur olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin