İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası

14:50 - 22 Mart 2025

İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası

ABŞ-nin İrəvandakı səfirliyi yaxınlığında Pentaqonun Ermənistandakı hərbi-bioloji bazalarına qarşı etiraz aksiyası keçirilib.

 

Manset.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, vətəndaşlar əllərində “Pentaqonun Ermənistandakı bioloji hərbi bazalarına YOX”, “ABŞ-nin ölümcül hərbi-bioloji laboratoriyalarına YOX”, “ABŞ-nin bioloji laboratoriyaları Ermənistan üçün təhlükə yaradır” yazılmış plakatlar tutublar.

Aksiya iştirakçılarından biri ABŞ səfiri Kristina Kvinin Ermənistanda “persona non qrata” elan edilməsi üçün imza toplanıldığını açıqlayıb.

Etirazçılar bazar ertəsi ABŞ-nin Ermənistandakı səfirinə öz tələblərini əks etdirən məktub təqdim etməyi planlaşdırırlar.


Xəbər xətti

23 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin