Bu rayonlara qar yağır
22 Mart 2025
09:55 - 22 Mart 2025
Amerikalı boksçu Corc Forman 76 yaşında vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə onun yaxınları instaqramda bildiriblər.
"Formanın 21 mart 2025-ci il tarixində sevdiklərinin əhatəsində dinc şəkildə dünyasını dəyişdiyini bildiririk", - keçmiş idmançının sosial şəbəkə hesabında diqqətə çatdırılıb.
Qeyd edək ki, Corc Forman 1949-cu ildə ABŞ-də anadan olub. O, iki dəfə ağır çəki üzrə dünya çempionu olub və 1968-ci il Olimpiya Oyunlarında qızıl medal qazanıb. Boksçu karyerasını bitirdikdən sonra o, vaiz və sahibkar olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin