Ramazanın 22-ci günü - İmsak və iftar vaxtı
22 Mart 2025
19:29 - 21 Mart 2025
Bakıda avtomobil yüksək sürətlə piyadanı vurub.
Manset.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
"Sürücünün nəzərdə tutulmuyan yerdə sərnişini endirməsi, eləcə də, avtomobilin sürətli şəkildə idarə olunması sonda qəzaya səbəb oldu. Ölkədə qeydə alınan yol qəzalarına təkcə sürücülərin yox, piyadaların da diqqətsizliyi səbəb olur.
Bəzən yaxınlıqdakı keçidlərdən istifadə etməyən, işıqforu gözləməyən piyadalar avtomobillərin sürətlə hərəkət etdiyi yola çıxırlar. Bu diqqətsizlik ya onların ölümü, ya da bir neçə avtomobilin toqquşması ilə nəticələnir.
Yolu keçməyin onlar üçün tam təhlükəsiz olacağını əmin olduqdan sonra hərəkətə keçməlidir. Piyada hər zaman düşünməlidir ki, yaxınlaşan avtomobilin sahibi yol hərəkəti qaydalarına əməl etməyə bilər.Yəni piyada öz təhlükəsizliyini təmin etməlidir. Sutkanın qaranlıq vaxtında da piyada nəqliyyat vasitələrinin məsafəsini, sürətini qiymətləndirməlidir", - deyə BDYPİ-dən bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin