Qar uçqununda həlak olan əsgərlərimizə şəhid statusu veriləcək
21 Mart 2025
09:46 - 21 Mart 2025
ABŞ qüvvələrinin Suriyada mövcudluğunu davam etdirməsi Birləşmiş Ştatlar Prezidenti Donald Trampın administrasiyası üçün prioritet deyil.
Manset.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Amerika hərbçilərinin Suriyada mövcudluğunun davam etdirilməsinin Amerika prezidentinin prioritetləri sırasında olmadığını görürük. Amerika ictimaiyyəti ABŞ-ın Suriyada hərbi mövcudluğunu saxlamağın məntiqini şübhə altına almağa başlayıb. Əgər Amerika qoşunlarını çıxarsa, bu, onlara daha ucuz başa gələcək”, - Fidan qeyd edib.
İsrailin Suriya ərazisində olması məsələsinə toxunan XİN rəhbəri xatırladıb ki, İsrail Suriyanın cənubunu 50 ilə yaxındır ki, işğal edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin