"Parisdə Ukrayna üzrə sammit keçiriləcək"- Makron

09:12 - 21 Mart 2025

Martın 27-də Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün bir neçə ölkə liderlərinin görüşü keçiriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Brüsseldə Aİ sammitinin birinci günü başa çatdıqdan sonra jurnalistlərə bildirib.

“Gələn cümə axşamı Parisdə istəklilərin koalisiyasının daha bir toplantısını keçirəcəyik”.`

Daha əvvəl Bloomberg xəbər vermişdi ki, Almaniya, Fransa və Polşa da daxil olmaqla, Aİ-nin aparıcı ölkələri, eləcə də Aİ-yə daxil olmayan ölkələr Kanada və Böyük Britaniya gələn həftə Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yeni sammit keçirəcək. Agentliyin məlumatına görə, bu ölkələr martın 20-də Brüsseldə keçirilən sammitdə Rusiya və ABŞ arasında Ukrayna üzrə danışıqlara necə təsir edə biləcəkləri müzakirəsini davam etdirəcək və ideal şəkildə bu danışıqlarda iştirak etmək imkanı əldə edəcəklər.


Xəbər xətti

21 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin