Qar uçqununda həlak olan əsgərlərimizə şəhid statusu veriləcək
21 Mart 2025
01:00 - 21 Mart 2025
“Çelsi” böyük büdcəli hücumçu ilə müqavilə imzalamaq və maliyyə qaydalarına riayət etmək üçün 11 oyunçunu klubdan göndərə bilər.
Manset.az xəbər verir ki, klub göndərmək istədiyi futbolçuların siyahısını da müəyyən edib. “Daily Mail”in məlumatına görə, klub heyətdə çox oyunçu olduğu üçün onların transferinə razılıq verib. Həmçinin, “Çelsi”nin icarəyə göndərdiyi bir çox futbolçu birdəfəlik klubdan ayrıla bilər. Qapıçı Kepa Arrizabalaqa və müdafiəçilər Alfi Gilşrist, Trevoh Chalobah, Axel Disasi və Ben Chilnell göndərilə bilər. Rahim Sterlinq, Renato Veyqa, Karni Çukvumeka və Xoaks Feliks, həmçinin hücumçular Armando Broja və David Datro Fofananın da birədəflik getməsinə razılıq verildiyi deyilir.
İddia edilir ki, “Çelsi”nin transfer siyahısında “Qalatasaray”da icarə əsasında oynayan “Napoli”nin futbolçusu Viktor Osimhen var. “Napoli”nin futbolçu üçün 75 milyon avro tələb etdiyi irəli sürülür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin