Zelenski Rusiyaya qarşı şərtlərini açıqladı

23:15 - 20 Mart 2025

Zelenski Rusiyaya qarşı şərtlərini açıqladı

Qərbin Rusiyaya qarşı sanksiyaları yalnız Moskvanın iki şərti yerinə yetirdiyi halda yumşaldıla bilər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, şərtlərdən biri Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasıdır.

Ukrayna dövlətinin başçısı Avropa liderlərini Rusiyaya təzyiqləri azaltmamağa çağırıb.

“Rusiya öz qoşunlarını torpaqlarımızdan çıxarmağa və təcavüz nəticəsində dəyən zərəri kompensasiya etməyə başlayana qədər sanksiyalar qüvvədə qalmalıdır. Mən sizi sanksiyaları pozan sxemlərə və Rusiyanın hərbi əməliyyatlarını maliyyələşdirmək cəhdlərinə qarşı mübarizəni davam etdirməyə çağırıram”, - deyə Zelenski qeyd edib.


Xəbər xətti

21 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin