"Təəssüf ki, bizi NATO-ya qəbul etmirlər" - Zelenski

20:50 - 20 Mart 2025

Təəssüf ki, Ukraynanı NATO-ya qəbul etmirlər.

 

Manset.az Strana.ua-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

“Təəssüf ki, bizi NATO-ya qəbul etmirlər. Biz bunu çox istəyirik, düşünürük ki, bu, bir çox problemləri həll edə bilər. Amma danışılası bir şey yoxdur. ABŞ Kiyevin NATO-da əsas müttəfiqi kimi Ukraynanın alyansa qəbul olunmasını dəstəkləmir. Hazırda vəziyyət belədir”, - ölkə lideri qeyd edib.


Xəbər xətti

21 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin