Netanyahu İrana hücumun təfərrüatlarını açıqladı
19 Noyabr 2024
18:10 - 27 Noyabr 2021
"Taliban" 2022-ci ildə Əfqanıstanda qızlar üçün məktəbləri açacağını vəd edib.
Manset.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu "Taliban" hökumətinin baş nazirinin müavini Mövləvi Əbdül Kəbir Türkiyənin səfiri Cihad Argin ilə görüşündə deyib.
"Yeni təhsil planı başa çatdıqdan sonra gələn il bütün ölkə üzrə qızlar üçün məktəblər açılacaq", - hökumət rəsmisi deyib.
Kəbirin sözlərinə görə, qadınlar ölkədə pasport idarəsi, hava limanı və səhiyyə sektoru kimi müxtəlif qurumlarda, əksər əyalətlərdəki məktəblərdə çalışırlar.
"Taliban" nümayəndəsi qeyd edib ki, Əfqanıstanın Türkiyə başda olmaqla bütün ölkələrin dəstəyinə və əməkdaşlığına ehtiyacı var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin