Rusiya və ABŞ nümayəndələri Ər-Riyadda görüşəcək

17:02 - 20 Mart 2025

Rusiya və ABŞ nümayəndələri Ər-Riyadda görüşəcək

Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar martın 24-də Ər-Riyadda baş tutacaq. 

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, ekspert qrupunun məsləhətləşmələrində nümayəndə heyətinə senator Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.

"ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts dünən aramızdakı telefon danışığı barədə məlumat verib. Mən təsdiq etmək istərdim ki, belə bir söhbət həqiqətən də olub. Uolts və mən müntəzəm olaraq telefonla danışırıq. Deyərdim ki, bu ünsiyyət hər iki tərəf üçün çox faydalıdır".


Xəbər xətti

21 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin