2 istiqamətdə mövqelərimiz atəşə tutuldu
21 Mart 2025
16:36 - 20 Mart 2025
Avropa İttifaqı Kiyevə ilkin olaraq təklif etdiyi 40 milyard avronu deyil, 5 milyard avroluq hərbi yardımın göndərilməsini müzakirə edəcək.
Manset.az xəbər verir ki, bunu sammitdən əvvəl jurnalistlərə İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib.
"Birincisi, biz Ukraynanı müzakirə edəcəyik. Ukrayna üçün mən 5 milyard avro dəyərində sursatla göndərilməsi təşəbbüsünü təklif etmişəm.
Aİ-nin Kiyevə 40 milyard avro dəstək verməklə bağlı əvvəlki təklifini niyə nəzərdən keçirmədiyini soruşduqda, o, avrozonada büdcə kəsirləri ilə bağlı narahatlıqları əsas gətirib.
Bundan əvvəl Avropa Komissiyası 2025-ci ildə Ukraynaya iki milyon artilleriya mərmi tədarük etməyi planlaşdırdığını açıqlamışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin