FETÖ-nun daha 44 üzvü həbs edildi

17:53 - 27 Noyabr 2021

FETÖ-nun daha 44 üzvü həbs edildi

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar davam etdirilir.

Manşet.az xəbər verir ki, İzmir Baş Prokurorluğu tərəfindən FETÖ-nun Türkiyə ordusundakı gizli strukturlarına qarşı aparılan əməliyyatlar çərçivəsində 96 nəfər saxlanılıb.

Şübhəlilərdən 9-u dəlil yetərsizliyi, 2-si səhhətindəki problemlərə görə, 26-sı isə “faydalı məlumatlar” verdiyi üçün sərbəst buraxılıb.

Ədliyyəyə göndərilən 59 şübhəlidən 44-ü barəsində isə həbs qəti imkan tədbirləri seçilib. Digər 15 nəfərə isə yaşadıqları ərazini tərk etməmək barədə göstəriş verərək sərbəst buraxıblar.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin