İsrailin endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 70-i ötdü

14:19 - 20 Mart 2025

İsrailin endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 70-i ötdü

İsrailin Qəzza zolağının şimal və cənub hissələrinə bir gecədə endirdiyi zərbələr nəticəsində 70-dən çox adam ölübş 

 

Manset.az xəbər verir ki, bu barədə "Əl Cəzirə" telekanalı məlumat yayıb.

Anklavın cənub hissəsindəki Beyt-Lahia, Xan Yunis və Rəfah şəhərlərinin hava hücumları və atəşə tutulması nəticəsində azı 71 nəfər həlak olub.

Telekanalın məlumatına görə, onlarla fələstinli yaralanıb, bir çoxu hələ də itkin düşüb.

Qəzza Səhiyyə Nazirliyinin son rəqəmlərinə görə, İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 436-ya çatıb, ən azı 678 nəfər isə yaralanıb.


Xəbər xətti

21 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin