2 istiqamətdə mövqelərimiz atəşə tutuldu
21 Mart 2025
12:39 - 20 Mart 2025
Fransa millisinin sabiq futbolçusu Patris Evra qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 43 yaşlı sabiq müdafiəçi Lionel Messinin Argentina yığması ilə DÇ-2022-nin qalibi olmasından danışıb:
“Yaxşı, biz 2018-ci ildə dünya kubokunu qazanmışıq. Amma hamımız bilirik ki, 2022-ci ildə dünya kuboku sadəcə qəsdən Messiyə verildi. Artıq hər şey əvvəlcədən müəyyən edilmişdi. Hətta fransızlar da Messinin qalib gəlməsini istəyirdilər... Startda penalti... Fransa millisinin baş məşqçisi vəzifəsinə Didye Deşamdan sonra kim gəlirsə, şəxsən mən ona uğurlar arzulayıram. İnsanların “Daha bir il yarım dözməliyik” dediklərini eşidəndə, bunu hörmətsizlik əlaməti kimi qəbul etdim".
Xatırladaq ki, DÇ-2022-nin final matçında Argentina millisi Fransa ilə qarşılaşmışdı. Görüşün əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatmışdı. Penaltilər seriyasında isə Argentina üstün olmuşdu.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin