19 yaşlı qadını şəkilləri ilə şantaj edən şəxs saxlanıldı

12:27 - 20 Mart 2025

19 yaşlı qadını şəkilləri ilə şantaj edən şəxs saxlanıldı

Bakıda qadını şəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Bu barədə Manset.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İ.Əlibəyli müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.


Xəbər xətti

20 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin